İlqar Məmmədov: “Deputatlar “Kim daha çox gurultulu təklif irəli sürsə, ona afərin!" yarışına çıxıblar”

“Yeni, amma köhnə taktika: parlamentdəki YAP-çı və qeyri-YAP-çı deputatlar “Kim daha çox gurultulu sosial-xalqçı təklif irəli sürsə, ona afərin!" yarışına çıxıblar. Hökumət istəyir ki, sosial tələblərdən hansısa biri geniş ictimai dəstək qazananda onu hərləyib-fırlayıb öz adına çıxararaq yerinə yetirsin. Yəni “hökumət əleyhdarının sözü keçdi” təəssüratı yaranmasın. İkinci məqsəd sosial tələbləri adiləşdirib, bəzən lap ağını çıxarıb ölkə gündəmində onların yerini zəiflətməkdir”-- bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
 
“Bu nüvə reaksiyasını hökumət öz nəzarətində saxlaya biləcəkmi? Bir oliqarxik qrup üçün yerli-yersiz sosial tələblərdən ibarət siyasi dalğanın öz faydası var. Oliqarxlar mövzunun ətrafında mümkün, ya da baş vermiş təxribatla hökuməti sıxıb öz dar məqsədlərinə nail ola bilir. Çoxdankı alətdir. Odur ki, hökumətin bu “yeni” sosial mövzular taktikasına oliqarxik qruplaşmalara yaxın deputatların ruh yüksəkliyi ilə qatılması heç də təəccüblü deyil: Hər kəsə yarımış olurlar. Eyni üslubun oxşarı xarici siyasət müzakirələri zamanı yeridilir. Televiziyalara deputatlar, partiya sədrləri çıxarılır və onların hərəsi bir ölkənin xeyrinə alovlu çıxış edir. Guya bunlara baxan həmin o dövlət bilmir burda kim kimdir. Seçicini sosial şüarla bir müddət çaşdırmaq mümkündür, amma heç bir xarici dövlət bu cür səhnələnmiş müzakirəyə aldanmaz, boş-boşuna enerji sərfidir” – İ.Məmmədov bildirib.


Tarix: 27-12-2020, 21:46 Oxunub: 251


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930