SON DƏQİQƏ: Qazaxın bu kəndləri GERİ QAYTARILIR

“Rəsmi İrəvan Azərbaycanla dövlət sərhəddinin delimitasiya və demarkasiyasını sakit tərzdə həyata keçirir. Çünki Baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətləri düzəltmək niyyətindədir və bunun üçün müəyyən qədər geri addım atır”.
Bu sözləri  politoloq Məhəmməd Əsədullazadə Qazax istiqamətində sərhəddin demarkasiyasında işğal altında kəndlərin Azərbaycana qaytarılması haqqında danışarkən deyib. O, həmin kəndlərin Azərbaycana qaytarılacağını bildirib:
“N.Paşinyan xalqın narazılığına əhəmiyyət vermir. Qazax istiqamətində sərhəddin demarkasiyasında işğal altında kəndlərin Azərbaycana qaytarılması da mümkün olacaq. Ermənistan hakimiyyəti bu istiqamətdə provakasiyaya getməyə cəhd etmir. N.Paşinyan yaxşı bilir ki, Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma siyasətinə qarşıdır. Amma onun əsas istəyi Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməkdir. Həmçinin, N.Paşinyanın planı Ermənistanı regional layihələrə qoşmaq və Qarabağ məsələsini arxa fona keçirməkdir.
Hesab edirəm ki, Ermənistanda Rusiyanın siyasi mövqeyinin zəifləməsi regionda sülhün və təhlükəsizliyin təmin olunması deməkdir”.


Tarix: 22-12-2020, 09:13 Oxunub: 1 126


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930