TƏBİB: “Biz evdə müalicə alan xəstələrə dərman çatdıra bilmirik”

“Dərmanlar bahadır və ya tapılmır... Bildirim ki, TƏBİB dərman bazarına nəzarəti həyata keçirmir. Ümumiyyətlə, TƏBİB apteklərin fəaliyyətinə məsul qurum deyil”.

ATİA.AZ xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış özünün “Facebook” səhifəsində paylaşdığı statusunda qeyd edib.

E.Baxış bu kimi tənqidlərin TƏBİB-ə aid olmadığını qeyd edib:

“Ümumiyyətlə, məlumat üçün deyim ki, apteklərə fəaliyyəti üçün lisenziyanı İqtisadiyyat Nazirliyi verir, dərman qiymətlərinə isə Tarif Şurası nəzarət edir”.

“İnsanlar evdə koronavirusa yoluxub, dərman və ya ərzaq almaq istəyirlər, amma evdən çıxa bilmirlər. Necə edə bilərlər?” kimi sual ünvanlayanlara isə TƏBİB rəsmisi belə cavab verib:

“Bəli, koronavirus xəstələrinin evdən çıxması təhlükədir. Həkimlərimiz də bununla bağlı çağırış edirlər. Amma təəssüflə qeyd edirik ki, bizim belə bir sosial xidmətimiz mövcud deyil. Biz koronavirus xəstələrinə evdə dərman və ya ərzaq çatdıra bilmirik. Onsuz da həkimlərimizin işi çoxdur, bir də təsəvvür edin, onlar insanlara evdə sosial xidmətlər göstərirlər. Bu, fiziki baxımdan mümkündürmü?”.


Tarix: 21-12-2020, 20:02 Oxunub: 338


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930