Türkiyə Azərbaycana hərbi qüvvələrin göndərilməsi məsələsinə baxa bilər

Türkiyə Dağlıq Qarabağdakı münaqişədə Azərbaycana dəstək olmaq üçün öz hərbi qüvvələrini göndərmək məsələsini nəzərdən keçirə bilər.
QanunXəbər.com xəbər verir ki, bu barədə Türkiyə parlamentinin spikeri Mustafa Şentop məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri “işğal olunmuş ərazilərin azad edilməsində” əzmkarlıq göstərməklə müstəqil şəkildə “qələbə qazanmağı” bacardıqlarını sübut ediblər.
“Bu səbəbdən belə bir təklifi irəli sürməyə ehtiyacın olacağını düşünmürəm”, – deyə Mustafa Şentop söyləyib.
Spikerin fikrincə, Türkiyə parlamenti müraciət daxil olduğu təqdirdə, hərbi qüvvələrin göndərilməsi məsələsinə baxmağa hazır olacaq.


Tarix: 9-10-2020, 21:09 Oxunub: 242


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31