11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“GÜNAYDIN” restoranı Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat köçürüb

Ölkəmizdə fəaliyyət göstərən məşhur “Günaydın” restoranı da işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bötüvlüyümüzün bərpası uğrunda canı bahasına mübarizə aparan Azərbaycan ordusuna dəstək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 15,000 manat vəsait köçürüb.
Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığında tarix yazan, inamlı qələbəyə addımlayan ordumuz artıq Dünyada öz gücü və əzmi ilə adından söz etdirməkdədir. “Günaydın” kollektivi Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparan, adını müasir tariximizə qızıl hərflərlə yazdıran şanlı Azərbaycan Ordusu qarşısında baş əyir və ordumuzla hər zaman qürur duyduğunu bildirir. Kollektivimiz inanır ki, Ordumuz hərbi əməliyyatları uğurla davam etdirəcək və ən qısa zamanda bizi qələbə xəbərləri ilə sevindirəcəkdir.
Həmçinin, onu da bildirək ki, “Günaydın” restoranı səfəbərlik əsasında xidmətə qoşulan əməkdaşlarının əmək haqqını bu müddət boyunca tam olaraq ödəyəcəkdir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Qarabağ Azərbaycandır!


Tarix: 9-10-2020, 08:37 Oxunub: 133


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı