21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Təbrik edirik ! 2 yaşlı Nihad Stomatoloji Klinikasının uğurları


Bu gün Klinikamız  müasir stomatologiyanın bütün nailiyyətlərini özündə əks etdirir: həkim kabinetləri ən müasir diaqnostika-müalicə avadanlıqları və ləvazimatlarla təchiz olunmuşdur; stomatoloji qurğuların sayı yetərəncidir.  Stomatoloji qurğular Fransada, Almaniyada, Yaponiyada, Türkiyədə və s. istehsal olunmuş müasir qurğulardır. 
Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsullarından ibarətdir.
Klinikanın rəhbəri Nihad Əvəzbəylinin fikirləri: 
2 illik dogmalıq. Nihad Stomatoloji Klinikasının 2 yaşı tamam oldu bu gün. Rəhbərlik olaraq çox şadam bu cür kollektivlə uğurlara imza atmaqdan.
Bu gün adımı daşıyan Müasir Stomatoloji Klinikamın fəaliyyətə başlamasından düz iki il ötür. Geriyə dönüb təqvimə baxdıqda, qısa zaman keçməsinə baxmayaraq, həmin o iki ilə, özümün belə say-hesabını itirdiyim pasientlərimin razılığını, xeyir-duasını, əlimin zəhmətini, gözümün nurunu sığdırmışam...Mən peşəmi, gördüyüm işləri, pasientlərimi çox sevirəm. Canımın sağlığıyla xalqıma hər zaman xidmət etməyi, bu peşəni çiyinlərimdə, adımın qarşısında hər zaman olduğu kimi şərəflə, sevgiylə daşımağı arzu edirəm!!
Biz də QanunXəbər.com İnformasiya Agentliyinin rəhbərliyi adından Nihad həkimi təbrik edir, Azərbaycan Səhiyyəsinin inkişafında təqdirəlayiq fəaliyyətini alqışlayırıq. 


Tarix: 16-09-2020, 21:29 Oxunub: 628


Bölməyə aid digər xəbərlər