Prezident Administrasiyasında yüksək vəzifəyə təyinat...

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna müdir təyin olunub.

Bu vəzifəyə Fərid Əzizağa oğlu Vəliyev təyinat alıb.

Xatırladaq ki, F.Vəliyev 1983-cü ildə anadan olub. O, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, iqtisadi fəaliyyətin riyazi və informasiya təminatı ixtisası üzrə magistr pillələrini bitirib. Koreya Universitetində elektron hökumət, İstanbul Texniki Universitetində rəqəmsal transformasiya sahəsində idarəetmə istiqamətləri üzrə sertifikat proqramlarını keçib.

F.Vəliyev Azərbaycan Mərkəzi Bankında, "ASAN xidmət"də və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2021-ci ildən isə Prezident Administrasiyasında çalışır.


İqtisadiyyat.az


Tarix: 19-12-2024, 11:57 Oxunub: 501


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
28-09-2024, 13:23 Prezident Fərman imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930