11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənistanda 15 hərbçinin ölümü ilə bağlı yüksəkvəzifəli hərbçilər işdən qovuldular

Ermənistanda hərbi hissələrin birində, kazarmada yanğın baş verib.
Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 15 hərbçi ölüb.
Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğının söndürülməsinə beş saat vaxt sərf olunub.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə xidməti məlumat yayıb.
Hadisə Basarkeçər rayonunun Azat kəndindəki hərbi hissədə baş verib.
Binanın təxminən 104 kvadratmetr ərazisi yanıb. Binadan 15 cəsəd çıxarılıb, üçü müxtəlif dərəcəli yanıqlarla Vardenis tibb mərkəzinə aparılıb.
Ermənistan prezidenti Vaaqn Xaçaturyanın imzaladığı fərmanla 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryan vəzifəsindən azad edilib.
Ermənistanın İctimai Televiziyasının məlumatına görə, Qriqoryanın müavinləri – polkovnik Miqran Maxsudyan (qərargah rəisi), polkovnik Şiraz Xaçatryan (arxa cəbhə təminatı ilə bağlı müavin), polkovnik Artur Ohanyan (döyüş növbəsi xətti üzrə müavin) da vəzifələri ilə vidalaşacaqlar.  
Həmçinin komandir müavini, briqada qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, arxa cəbhə təminatı üzrə briqada komandirinin müavini Qor Axekyan, briqada mühəndis xidməti rəisi kapitan Tiqran Kazaryan, mühəndis-istehkamçı rota komandiri kapitan Qor Sarkisyan da işdən çıxarılacaqlar.


Tarix: 19-01-2023, 10:37 Oxunub: 95


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı