Ərdoğan “peyvənd millətçiliyi”nin yolverilməz olduğunu vurğulayıb


ÜST tərəfindən tanınmış peyvəndlərə qarşı çoxsaylı metodlardan və beynəlxalq diskriminasiyadan istifadə etməklə “peyvənd millətçiliyinin” davam etdirilməsi qəbuledilməzdir.

Atia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən G20 sammitində mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2021-ci ildə başlanan bərpa prosesinə baxmayaraq, dünya iqtisadiyyatı hələ də ciddi problemlərlə üzləşib.
“Qlobal maliyyə sisteminə nəzarət edən təşkilatlar siyasi manipulyasiya alətinə çevrilməməlidir”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti ətraf mühiti ən çox çirkləndirən ölkələrin qeyri-qanuni miqrasiya xərclərinin iqlim dəyişikliyi ilə mübarizəyə xərclədikləri məbləğdən iki dəfə çox olmasını utancverici adlandırıb.


Tarix: 1-11-2021, 07:54 Oxunub: 180


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930