20:16 / 21-01-2025
Türkiyədə matəm elan olundu
16:58 / 18-01-2025
Xalqın iradəsi əsasdır
11:07 / 17-01-2025
Yüksək sosial rifah naminə
15:46 / 16-01-2025
Bakıda evdən meyit tapıldı
Mülkləri yanğında kül oldu

Los-Anceles şəhərində başlayan güclü meşə yanğını dünyaca tanınmış simaların malikanələrinin olduğu yerə qədər irəliləyib. Bu haqda “Haberler.com” məlumat yayıb.

2014-cü ildə ailə quran Beren Saat və Kənan Doğulu cütlüyünün 2018-ci ildə Los-Ancelesdə 1 milyon 200 min dollara aldığı malikanə yanaraq kül olub. 

Həmçinin uzun müddətdir ABŞ-də yaşayan “Survivor Türkiye”nin əfsanəvi iştirakçısı Turabi Çamkıranın da şəhərdəki bütün mülkləri məhv olub. Turabi sosial şəbəkədə dərin itkisini belə ifadə edib: “İndi geriyə bir kürək çantam, telefonum və səhhətimlə mübarizə aparan bədənim qalıb”. 

Qeyd edək ki, sözügedən ərazidə bir çox türkiyəli məşhurlar mülk sahibidir. Siyahıda 2015-ci ildə xanımı Sinem Koballa Los-Ancelesdə ev alan Kənan İmirzalıoğlunun adı da var. 

Şəhərədə ev sahibi olanlar arasında məşhur aktyor Cağatay Ulusoy da var. 2020-ci ildə Los-Ancelesdə restoran açan Ulusoyun həmin ərazidən ev də aldığı məlumdur. 

Serenay Sarıkaya 2018-ci ildə Kerem Bürsinlə münasibəti zamanı Los-Ancelesdə mənzil alıb. Türkiyə KİV-də yayılan xəbərlərə görə, həmin evin qiyməti 500 min dollardan çoxdur.


Tarix: 11-01-2025, 19:18 Oxunub: 343


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?