11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Yer kürəsinin rəqəmsal surəti yaradıldı

İqlim dəyişikliyinin fəsadları ilə mübarizədə kömək məqsədilə Avropada Yerin rəqəmsal modeli işə salınıb. Bu barədə Avropa Komissiyasının saytında bildirilib.

Bildirilir ki, "Destination Earth" təşəbbüsü çərçivəsində yaradılan model, böyük həcmdə məlumatlar əsasında ekoloji təhdidləri simulyasiya etmək, izləmək və iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün həll yolları tapmaq məqsədi daşıyır.

Layihə sayəsində hakimiyyət orqanları ekstremal hava hadisələri haqqında əvvəlcədən məlumat əldə edə və bu cür təhdidlərə daha yaxşı hazırlaşa biləcəklər. Qeyd olunur ki, model zamanla inkişaf edəcək.

O da bildirilir ki, əsas məqsəd Yerin tam rəqəmsal surətini yaratmaqdır. Layihənin müəllifləri hesab edirlər ki, buna artıq 2030-cu ilə qədər nail olmaq mümkün olacaq.

Tarixə nəzər salsaq, iqlim dəyişikliyi bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri olub. BMT-nin məlumatına görə, son 100 ildə qlobal istiləşmə nəticəsində Yer kürəsinin orta temperaturu 1.1°C artıb. Alimlər xəbərdarlıq edirlər ki, əgər bu tendensiya davam edərsə, gələcəkdə daha tez-tez və daha şiddətli təbii fəlakətlərlə üzləşəcəyik.


Tarix: 13-06-2024, 11:52 Oxunub: 159


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı