“Everrati Automotive Limited” yeni layihəsini təqdim edib. Mühəndislər 1963-cü ildə debüt edən klassik “Mercedes-Benz SL W113 Pagoda” əsasında elektromobil hazırlayıblar.
Elektromobillərin hər biri “Mercedes-Benz” çertyojlarına uyğun olaraq əl ilə yığılıb və daxili yanma mühərriki Everratinin öz dizaynı olan elektrik enerji bloku ilə əvəzlənib. Elektrik mühərrikinin quraşdırılması həm də daha yaxşı dinamika üçün çəki paylanmasını optimallaşdırır.
Vurğulanıb ki, bütün dəyişikliklər ləğv edilə və sahibi istənilən vaxt avtomobili orijinal görünüşünə qaytara bilər.
“Everrati”nin elektrikli “SL W113 Pagoda”sı iki variantda təqdim edilir. Hər ikisi 300 at gücünə malik mühərriklərlə təchiz olunub, lakin tüninq versiyasında daha güclü akkumulyatordan istifadə edilir. Onunla avtomobil yeddi saniyədən az müddətdə 97 kilometr/saat sürət yığır və 200 mildən çox məsafə qət edir.
Bölməyə aid digər xəbərlər