398 əcnəbinin Rusiya vətəndaşlığı ləğv edilib

Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddələrinin sayını artıran qanunun qüvvədə olduğu 6 ay ərzində 398 əcnəbinin Rusiya pasportları qüvvəsini itirib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, yeni federal qanun qüvvəyə mindiyi vaxtdan Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı 406 qərar qəbul edilib ki, onlardan 398 nəfəri cinayət törətməklə bağlı olub.
 
Qanuna uyğun olaraq, Rusiya Federasiyasının əldə edilmiş vətəndaşlığına Cinayət Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə xitam verilə bilər.
 
Bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının bir neçə deputatı vətəndaşlıq əldə edərkən oxunan andın mətninə ondan irəli gələn öhdəlikləri pozduğuna görə Rusiya vətəndaşlığından məhrumetmənin mümkünlüyü haqqında bəndin artırılmasını təklif etmişdilər.


Tarix: 30-04-2024, 10:23 Oxunub: 326


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031