11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Daha xoş gələcəyə doğru" - Asəf Salmanov

.  20 ildən artıqdır ki, müstəqil Azərbaycana Ümummilli Lider Heydər Əliyev siyasi kursunun  layiqli davamçısı,  bütün dünya tərəfindən qəbul olunan, böyük hörmət və  ehtiram göstərilən, görkəmli   dövlət xadimi cənab  İlham Əliyev rəhbərlik  edir. Hər zaman xalqımızın milli maraqlarının  keşiyində duran, müdrik xalqımızın  iradəsini ifadə edən,  uzaqgörən dövlət xadimi və dünyaşöhrətli siyasətçi olan  möhtərəm Prezidentimiz  həm də dünya azərbaycanlılarının sevimli Lideridir. Möhtərəm  Prezidentimz hər bir sahədə olduğu kimi Azərbaycan həqiqətlərinin, reallıqlarının dünyayaya çatdırılmasında  da müstəsna xidmətlər göstərir,yerli və  nüfuzlu xarici kütləvi informasiya vasitələrinə mütamadi olaraq  saatlarla müsahibələr verir. 


Prezidentimizin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsi də bir çox mühüm məqamları ilə yaddaqalan oldu.  Çünki suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra belə bir görüşün, belə bir müsahibənin olması çox əhəmiyyətli idi. Müsahibə zamanı ölkə başçısı bildirdi ki, son 20 ilin şanlı tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı doğru - düzgün seçim etmişdir. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Möhtərəm Prezidentimiz qeyd etdi ki, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir. Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır.Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə biz heç vaxt sakitləşməməliyik.

Ölkəmizin müdafiə qüdrətinin bundan sonra daartırılacağını söyləyən Möhtərəm Prezidentimiz vurğuladı kibu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövləthəm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir.

 Naxçıvanın Kərki və Qazaxın yeddi kəndi ilə bağlı məsələyə   münasibət bildirən  cənab  İlham Əliyev onu da qeyd etdi ki: “Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin.”   

Möhtərəm Prezidentimizin yerli televiziya kanallarına verdiyi  müsahibə üç saata yaxın  davam etdi və 20-dək istiqamət üzrə suallar ətraflı  cavablandırıldı. Bu müsahibə zamanı Dövlət başçımızın həmişə olduğu kimi söylədiyi  dəyərli fikirlər bir daha Azərbaycanı xoş, firavan gələcək gözlədiyindən xəbər verir.


Asəf Salmanov

YAP Qazax rayon təşkilatının fəalı



Tarix: 16-01-2024, 17:07 Oxunub: 322


Bölməyə aid digər xəbərlər