11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Milli satqınların tribunası - Söz azadlığına qarşı çirkin planlar reallaşmayacaq

    Bu gün cərəyan edən hadisələrin əksəriyyəti informasiya üzərində qurulub. İctimai-siyasi hadisələrin sürətlə dəyişdiyi dünyada informasiya siyasəti önəmli yerlərdən birini tutur. Eyni zamanda informasiyaların dəqiqliyi, operativliyi də hadisələrin inkişafına təsir edən amillərdəndir. Azad mətbuatın bu məsələdə ciddi rolu var. İnternet resurslarının açdığı yeni imkanlar isə informasiyanın dərhal yayılması üçün əla vasitədir.
    Bu gün Azərbaycanda fikir və söz azadlığının təbliği üçün heç bir məhdudiyyətin olmaması, sosial şəbəkələr üzərindən qurulan informasiya mübadiləsinə verilən sərbəstlik ölkəmizdə fikir və söz azadlığının təbliği üçün geniş imkanlar açır. İnternetin geniş imkanlarından faydalanan yüz minlələrlə insan müxtəlif sosial platformaların iştirakçısı olmaqla bərabər sosial medianın da bir hissəsinə çevrilib. Məsələ burasındadır ki, yüz minlərlə insanı əhatə edən internet resurslarında paylaşılan məlumatlar, yayılan informasiyalar əksər hallarda həqiqəti əks etdirməsə də, insanlar öz fikirlərini ifadə etməkdə azaddırlar. Demokratik cəmiyətlərə xas olan fikir azadlığına Azərbaycanda geniş meydan verilməsi ölkəmizin dünyəvi dəyərlərə hörmət etməsiylə bağlıdır. Azərbaycan demokratik ölkədir və insanların da öz fikirlərini azad ifadə etmək imkanları qorunur. Ayrı-ayrı xəbər portallarında, sosial mediada Azərbaycan vətəndaşlarının öz fikirlərini sərbəst ifadə etməsi də buna sübutdur.

    1998-ci il iyunun 18-də senzuranın ləğvi yeni mərhələnin əsasını qoyub Məhz 25 il əvvəl Heydər Əliyevin sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair “Dövlət Proqramı”, həmin il avqustun 6-da isə “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman söz, mətbuat və fikir azadlıqlarının təminatında önəmli rol oynayıb. Dövlətin mətbuat üzərində nəzarətinə son qoymaq üçün 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Beləliklə, mətbuatın daha da səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bununla da azad söz, sərbəst fikir, plüralizim yeni inkişaf yoluna qədəm qoyub. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanının fəaliyyəti 25 il əvvəl təməli qoyulan sağlam bazanın üzərində möhkəmlənib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb.
1995-ci ildə ilk dəfə proporsional üsulla demokratik parlament seçkiləri keçirildi, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edildi. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.
     Azərbaycanda fikir və söz azadlığının verdiyi imkanlardan istifadə edib cəmiyyəti qıcıqlandıran, milli dəyərlərimizə zidd olan, insanlar arasında narazılıq yaradan video materalların çəkilib tirajlanması cəmiyyətin haqlı narazılığına səbəb olur. Söz və fikir azadlığı adı altında baş verən bu cür hallar cəmiyyətdə birmənalı qarşılanmır. Deməli, demokratiyanın yaratığı imkanlardan öz şəxsi mənafeyi üçün istifadə qaydalarının və cəmiyyətdə yanlış fikir formalaşdırmaq cəhdlərinin söz və fikir azadlığına, plüralizmə aidiyyatı yoxdur.
     Bəzən internet resurslarından xarici ölkələrin kəşfiyyat orqanlarına “işləyən” bəzi “milli satqınlar” tribuna kimi istifadə edir və öz çirkin niyyətlərini həyata keçirməyə səy göstərirlər. Fikir və söz azadlığının imkanlarından istifadə edən bu cür yaramazlar öz mənafelərini dövlətin mənafeyindən üstün tutaraq Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Dövlətə xəyanət edən satqınların həbsini isə əksər vaxtlarda beynəlxalq təşkilatlar Azərbaycanda söz və fikir azadlıqlarının pozulması kimi təqdim edir. Deməli, bu cür satqınların xaricdəki tərəfdarları onları məhz “demokratiya silahı” ilə müdafiə etməyi düşünür. Ona görə də söz və məlumat azadlığının geniş imkanlarından qanunların imkan verdiyi dərəcədə istifadə edilməlidir. Əks halda cəmiyyətin deqradasiyası başlayır.

Vəli Həsənov  


Tarix: 2-12-2023, 09:27 Oxunub: 392


Bölməyə aid digər xəbərlər