Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı zəfərdə zabit və əsgərlərimizin göstərdiyi şücaətlər, qəhrəmanlıqlar danılmazdır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimiz daim hörmət və ehtiramla yad edilir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayonunda da Abdin Fərzəliyevin rəhbərliyi altında şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilir.
Vətən müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədovanın övladının təhsil haqqının ödənilməsi, Vətən müharibəsi şəhidi İsmayıl Qəsəbovun həyat yoldaşı Lalə Qəsəbovanın iş yeri ilə təmin olunması, Vətən müharibəsi şəhidi Elbrus Bayramovun həyat yoldaşı Gültəkin Bayramovanın övladının müalicə xərclərinin ödənilməsi, həmçinin Vətən müharibəsi qazilərindən Ramin Rzayevin əlilliyin təyin olunması üçün dəstək göstərilməsi, Ruslan Rüstəmovun maddi dəstəyin olunması kimi müraciətlər və digər müxtəlif müraciətlər Abdin Fərzəliyev tərəfindən diqqətlə dinlənilib, qaldırılan bir çox məsələlər yerindəcə həll edilib, digər məsələlərin qısa zamanda həlli ilə bağlı isə müvafiq tapşırıqlar verilib.
Həmçinin Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mütəmadi olaraq rayonun qəsəbə və kəndlərində yerlərdə keçirilən səyyar qəbullar zamanı şəhid ailələri və qazilərin iştirakı təmin edilir, eləcə də Rayon İcra hakimiyyətinin inzibati binasında müraciətləri əsasında növbəsiz görüşlər keçirilərək qayğıları ilə maraqlanılır və həlli üçün müvafiq işlər görülür.
Vətən Müharibəsi Şəhidi Hətəmxan Quliyevin həyat yoldaşı Aytac Quliyevanın RİH-də baş məsləhətçi, Şəhid Səxavət Abbasovun anası Maisə Abbasovanın məsləhətçi kimi işlə təmun olunması bunun əyani sübutudur.
İnanırıq ki, Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli istiqamətində görülən işlər bundan sonra da davam edəcək.
Bölməyə aid digər xəbərlər