Danılmaz həqiqətdir ki, son 20 ildə müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyevinmüdrik və uzaqgörən siyasi kursu dayanır. 2003-cü il oktyabrın 1-də Ümummilli Liderimizinxalqa tarixi müraciətində söylədiyi “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikri tam reallaşdı.
Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq qalaraqxalq qarşısında götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirdi, verdiyi hər bir sözə əməl etdi. Bu gün Möhtərəm Prezidentimiz, Ulu Öndərimizin böyük zəhmət bahasına müəyyənləşdirdiyi Azərbaycanın hərtərəfli inkişafına və xoşbəxt gələcəyinə hədəflənmiş siyasi kursunu şərəflə, qətiyyətlə, uğurla davam etdirir. Milli maraqları əsas götürərək dövlətçilik naminə nə qədər çətin və ağır olsa da, bütün maneələri cəsarətlə aradan qaldırır.
Ölkə Başçımız Prezident seçildiyi ilk gündən ölkədə demokratik islahatları dərinləşdirdi, xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində nəhəng layihələrə imza atdı, qeyri - neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü, böyük infrastruktur layihələri həyata keçirdi, ölkənin dünyaya çıxışını təmin etdi. Prezident İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlil edilmiş siyasi strategiyası, sərkərdəlik məharəti mümkün olmayanı da mümkün etdi. Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız bir əks - həmlə ilə azad edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq.
Bu günlər xalqımız torpaqlarımızın işğaldan azad olunmasının, suveren hüquqlarımızın bərpa edilməsinin sevincini və qürurunu yaşadığı zamanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, müasir tələblərə cavab verən infrastruktur layihələr həyata keçirilir.Hazırdabütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən qurulur. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər öz evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Prezidentimiz ədalətli və prinsipial mövqeyini hərb meydanında, diplomatiyada, informasiya savaşında, mötəbər beynəlxalq və yerli tədbirlərdə əzmlə, qətiyyətlə davam etdirir. Dövlətimizin başçısı həmişə birmənalı olaraq bildirir ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!
Sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezidentimiz sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışdı, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqladı.
Ölkə Başçısı qeyd etdi ki, Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb.
Mərasimdə Prezidentimiz güc və iradə mesajı səsləndirərək dedi ki, Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflər bizim səbrimizlə oynamasınlar. Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır. Bəli, bu yeganə çıxış yoludur.
Asəf Salmanov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər