Yeni Azərbaycan Partiyasının fəal üzvü Emin Carçıyev, Abşeron rayon gəncləri adından AR Prezident İlham Əliyevi Qələbə münasibəti ilə
təbrik edib. Təbrikdə deyilir:
"Möhtərəm Prezident, Cənab Ali Baş Komandan!
Azərbaycanın öz suverenliyini tam bərpa edərək, tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyiniz qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı.
Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bir daha bütün dünyaya əyani şəkildə göstərdilər və sübut etdilər.
Sizi şəxsən öz adımdan, ailəmin hər bir üzvi adından, Abşeron gəncləri adından bu böyük Qələbə münasibətilə təbrik edir və bütün qərarlarınızı dəstəklədiyimi bildirirəm. Siz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız.
Hörmətli Prezident, Sizə can sağlığı, işlərinizdə uğurlar, yorulmaz fəaliyyət arzu edirəm.
Tanrı Sizi, Dövlətimizi, xalqımızı qorusun."
Carçıyev Emin,
Yeni Azərbaycan Partiyasının fəal üzvü
Abşeron rayonu, Xırdalan şəhəri
Bölməyə aid digər xəbərlər