11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ZİBİLLİKLƏR XƏSTƏLİK MƏNBƏYİDİR, TƏMİZLƏNMƏMƏSİ KİMƏ MARAQLIDIR?

       İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir.   Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən,  hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.  Həmçinin “Əhalinin Sağlamlığının qorunması haqqında”  Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsinə əsasən,  əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının,  ekoloji təhlükəsizliyin təmin edilməsidir. 
Xəstəliklərin  yaradan ən əsas  səbəblər  natəmizlikdir.  İstər kənd olsun,  istər  şəhər  təmizlik  mədəniyyətdir,  bu mədəniyətə  hər kəs sahib olmalıdır . 
Öz elini, öz obasını hər kəs öz  evi  kimi təmiz saxlamaq mədəniyyətinə  sahib olmalıdır .
Qazax  rayonunun Canallı   kəndində   axar çayın ətrafı (el arasında "Zor  arxı" deyilən yer) zibillərlə doldurulub, bəli, məhz dolub yox, doldurulub demək daha düzgün səslənir...
Kənd bələdiyyəsi   və bu işə  məsuliyyət daşıyan şəxslar hara baxır?  Görmürlər demək olmaz, niyə görməməzliyə vururlar?
Xəstəlik  mənbəyi  olan  bu zibilliyi kim təmizlətdirməli və ya təmizləməlidir?
Kənd  əhalisi də bu işdə  günahkardır ki,   niyə  öz  kəndini,  elini  bu cür  zibilləyir?
Yəqin ki, əlaqədar təşkilatlar öz mövqelərini nümayiş etdirəcəklər.
Adları çəkilən hər kəsin və hər təşkilatın mövqeyini dərc etməyə hazırıq.


Orxan Səfərli,
ATİA.AZ


Tarix: 22-07-2023, 08:11 Oxunub: 558


Bölməyə aid digər xəbərlər