11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Planlarımızın son addımlığındayıq" - Anar Nəbiyev

    “Azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub.” 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşüb onlara evlərin açarlarını təqdim edən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.
     Keçmiş məcburi köçkünlərin öz dogma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Xalqımız 30 il torpaq həsrəti ilə yaşasa da, heç zaman ümidini itirmədi. Daim bu inam ifadə edilirdi ki, dövləimizin uğurlu siyasəti, qətiyyəti nəticəsində torpaqlarımız tarixi sahibinə qayıdacaq, bu ərazilərdə yeni həyat başlayacaq. Cənab İlham Əliyev sözügedən görüşdə bu məqama xüsusi diqqət yönəltmişdir: “Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Mən adətən öz ad günlərimi, o cümlədən yubiley sayılan ad günlərimi qeyd etmirəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi.” Bu məqam da qürurla vurğulandı ki, o tarixdən cəmi 11 il keçib. Laçınlılarla artıq Laçın şəhərində görüşürük. Bundan böyük xoşbəxtlik ola bilməz. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar. İndi isə qurub-yaratmaq vaxtıdır.
    Təbii ki, Laçın şəhərinin siması bir daha qurub-yaradan xalq, ən əsası bu torpaqların sahibinin biz olduğumuzu bir daha nümayiş etdirir.  Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri zamanı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırır. Laçın şəhərindən  ünvanlanan  mesajlar da qarşı tərəfə  ciddi düşünmək üçün çağırışdır.  Belə ki, 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı  bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır: “Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar.”
Göründüyü kimi, 3 ilə yaxın dövrdə bütün planlar ardıcıllıqla həyata keçirilir. Tezliklə keçmiş məcburi köçkünlər tam şəkildə öz dogma yurd-yuvalarına qayıdacaq və bu torpaqlarda yeni həyat başlayacaq. Dövlət başçısı İlham Əliyevin  “Biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm” fikirləri özündə bütün məqamları ehtiva edir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 2-06-2023, 12:41 Oxunub: 206


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı