“ Azərbaycan Mübarizləri” Partiyasının BƏYƏNATI

    Biz, “ Azərbaycan Mübarizləri”  Partiyasının təsisçiləri, Məmmədov Əhməd Nüsrət oğlu və Babayev Şamil Abbasqulu oğlu bidiririk ki, AMP 1998-ci ildən fəaliyyət göstərir və 27.05.2000-ci il tarixində rəsmi Dövlət Qeydiyyatına alınmışdır. 
   Partiyamız ötən dövr ərzində  milli maraqları, demokratik dəyərləri və xalqın rifahını ön planda tutaraq, ölkənin siyasi həyatında fəal iştirak etmişdir.
    İkinci Qarabağ  müharibəsində əldə olunmuş Qələbəni Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi tanıyan AMP  həmişə Dövlətin yanında olduğunu və Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəklədiyini dəfələrlə bəyan etmiş, ölkədə həmrəylik mühitinin qorunması üçün müxtəlif təkliflərlə çıxış etmişdir.
“ Azərbaycan Mübarizləri”  Partiyası   formalaşan yeni geosiyası vəziyyəti nəzərə almaqla,  habelə Azərbaycanın milli maraqlarını bütün amallardan üstün tutaraq  “ Azərbaycan Mübarizləri”  Partiyasının  fəal üzvlərinin iradəsini əks etdirərək Partiyanın buraxıldığını bəyan edir.
 
“ Azərbaycan Mübarizləri”  Partiyasının təsisçiləri,
Məmmədov Əhməd Nüsrət oğlu və
Babayev Şamil Abbasqulu oğlu


Tarix: 1-05-2023, 13:28 Oxunub: 537


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31