Təcili yardım maşınlarımız Xankəndiyə daxil oldu – VİDEO

Bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən vəziyyət yaşanıb.
Belə ki, saat 18:15 radələrində Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən, səhhəti pis olan üç mülki şəxsə tibbi yardımın gərəkdiyi məlum olub.
Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz yerindəcə köməklik göstəriblər.
Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndinə çatdırıb.
Çox simvolikdir ki, Xankəndiyə ilk olaraq əsgərlərimiz yox, həkimlər daxil olub. İnteqrasiya öz yolundadır.


Tarix: 5-04-2023, 09:35 Oxunub: 288


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31