Türkiyədə terrora hazırlaşan qadın saxlanıldı - FOTO

     Türkiyədə terror aktına hazırlaşan PKK/KCK terror qruplaşmasının üzvü Gülda Bebek Konyada keçirilən əməliyyatla saxlanılıb.
  “TRT Haber”ə istinadən xəbər veririk ki, İranda PKK/KCK terror təşkilatının tərkibində xüsusi təyinatlı kimi fəaliyyət göstərən “Xweza Lilaw” kod adlı Gülda Bebek adlı terrorçunun 2022-ci ildə Türkiyəyə daxil olduğu öyrənilib.


Onun Konyanın Meram rayonundakı ünvanda gizləndiyi və təşkilat rəhbərliyindən hücum üçün təlimat gözlədiyi müəyyən edilib.
Türkiyə Milli Kəşfiyyat İdarəsi tərəfindən müəyyən edilən ünvanda əməliyyat keçirilib. Terrorçu fevralın 23-ü axşam saatlarında saxlanılıb. Mənzildə aparılan axtarışda tapança, 2 maqazin, 31 patron və bomba istehsalında istifadə olunan materiallar ələ keçirilib.
Terrorçunun Taksimdə 6 nəfərin həyatını itirdiyi eyni hücumu həyata keçirmək üçün son hazırlıqları gördüyü müəyyən edilib.






Tarix: 25-02-2023, 12:02 Oxunub: 328


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031