Bakıda qadını zorla qaçırmaq istəyən şəxslər tutuldular - VİDEO

      Bakıda qız qaçırılıb. Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. 
Görüntülərdə 3 nəfərin qızı zorla “Opel” markalı avtomobilə mindirdiyi görünür.
Daxili İşlər Nazirliyi Bakıda qadının zorla maşına mindirilərək qaçırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov  bildirib ki, görüntülər araşdırılıb:
“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Qadını boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. 
Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.
Qadını zorla qaçırmaq istəyən şəxslər saxlanılıblar. 
Həmin görüntüləri təqdim edirik:  


Tarix: 24-02-2023, 15:28 Oxunub: 187


Bölməyə aid digər xəbərlər
14-03-2021, 21:21 Azərbaycanda qadın olmaq...


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930