Göyçayda narkotikə görə 3 nəfər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı keçmiş məhkum Mətləb Abdullayev şübhəli şəxs qismində tutulub.
Onun üzərinə və istifadəsində olan avtomobilə baxış keçirilərkən heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə M.Abdullayevin yaşadığı ünvana da baxış keçirilib və oradan da narkotik vasitə olan heroin aşkar edilərək maddi sübut kimi istintaqa təqdim olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 2 nəfər rayon sakini - Ağabala və Sadiq Əliyevlər tutulub. Şəxsi axtarış zamanı onlardan güclü təsiredici narkotik vasitə - heroin aşkarlanıb.
Faktlarla bağlı rayon polis şöbəsində cinayət işləri başlanılıb və saxlanılanların hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.


Tarix: 4-02-2023, 12:59 Oxunub: 357


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930