Abşeron Rayon Mərkəzi Xəstəxanasında Qeydiyyat bölməsi yeni formatda əhalinin istifadəsinə verildi

TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və pasiyent məmnunluğunun artırılması üçün Qeydiyyat bölməsi yeni formatda əhalinin istifadəsinə verilib.
Tibb müəssisəsinin geniş və işıqlı sahəsində təşkil edilən 22 personalın çalışdığı bölmədə kompakt və əhatəli xidmət göstərilir. Burada xəstəxanaya müraciət edən vətəndaşlara göstərilən xidmətlər barədə informasiya almaq üçün məlumat mərkəzi, ambulator müayinədən keçmək üçün qeydiyyat mərkəzi, şəhid ailələri və qazilərlə iş masası, digər tibb müəssisələrinə göndərilən xəstələr üçün göndərişlər paneli, rahatlığın təmin edilməsi üçün 50 nəfərlik gözləmə guşəsi və s. təşkil edilib.

 


Tarix: 4-02-2023, 10:01 Oxunub: 955


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31