Azərbaycanda iş adamı özünü avtomobilində GÜLLƏLƏDİ


Naftalanda baş verən intiharın bəzi detalları məlum olub.
Hadisə şəhərin Ş.Qurbanov küçəsi, ev 4-ün qarşısında qeydə alınıb.
63 yaşlı Feyruz Qocayev özünə məxsus "Nissan" markalı, 46-BA-222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd "Stoeger" markalı tüfəng götürüblər.
Onu da qeyd edək ki, F.Qocayev Naftalan şəhərində yerləşən "Şəfa" sanatoriyasının sahibi olub. O, ötən il həmin sanatoriyanı külli miqdarda borcu olduğu üçün satıbmış.
F.Qocayev borcu sələmçidən alıbmış. Sanatoriyanı satandan sonra onun yenə borcu qalıb. Təzyiqlərə dözə bilməyən iş adamı çıxış yolunu intiharda görüb.


Tarix: 5-01-2023, 13:09 Oxunub: 507


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31