11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ÜMUMMİLLİ LİDERİN ABİDƏSİ ZİYARƏT OLUNDU... - QAZAXDA

    Azərbaycan Milli Qəhramanları Tanıtma İB-nin Qazax  şöbəsi  və Qarabağ Qaziləri İB-nin  Qazax şöbəsinin üzvləri  Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək hörmət və ehtiramlarını bildiriblər.   
    12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür. On il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu on ilin hər bir ili "Heydər Əliyev siyasətinin təntənəsi ili" olmuşdur.  Çünki bu on ildə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.
   Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir.  Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. 
   Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu onun ən böyük xidmətdir.
1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir.
    Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. O illər xalqın yaddaşında yaşayırdı. 
   Eyni zamanda xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaltmışdır.  
   Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi qəbul edilmişdir.
Bütün bunlar onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. 
    Azərbaycanın sabitlik və inkişaf dövrü  Heydər Əliyevin dövründə başlamışdır. 
    Ölkə daxilində aparılan islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.
   Azərbaycan Milli Qəhramanlarını Tanıtma İctimai Birliyi Qazax Rayon Şöbəsi üzləri  və Qarabağ qaziləri ictimai birliyinin Qarax rayon şöbəsinin üzləri  bu gün Ümummilli  Lider Heydər Əliyevin anım günü münasibətilə  abidəsini ziyarət edərək  abidə önünə gül dəstələri qoyublar. 
Ümummilli liderə öz hörmət və ehtiramlarını bildiriblər  

Allah rəhmət eləsin, ruhu şad olsun, məkanı cənnət olsun.

Orxan Səfərli, ATİA.AZ


Tarix: 9-12-2022, 19:56 Oxunub: 281


Bölməyə aid digər xəbərlər