11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İnsanın kökəlməsinin qeyri-adi psixoloji səbəbi açıqlandı: Susmaq... - FOTOLAR

     “İnsan özünü xarici aləmdən qorumağa çalışdıqda, onun bədəni şüuraltı olaraq bu niyyəti oxuyur və “zireh” qurmağa başlayır. Həddindən artıq çəki - bədənin özünü müdafiə etdiyi qabıqdır”.
    Bunu transformasiya üzrə məşqçi Natalya Kozlovskaya insanların artıq çəkili olmalarının psixoloji səbəblərini izah edərkən bildirib.
Onun sözlərinə görə bu, bədənin öz qoruyucu funksiyasını işə salması səbəbindən baş verir.

Ekspert bildirib ki, artıq çəkili olmağın ikinci psixosomatik səbəbi nəzərə çarpmaq, vacib olmaq istəyidir:
“Bu vəziyyətdə bədən siqnalı genişlənmə ehtiyacı kimi oxuyur. O, təqribən bu cür işləyir: nə qədər böyük olsam, məni bir o qədər tez görərlər və müvafiq olaraq məni daha çox sevərlər. Əlavə kiloqramların köməyi ilə bədən deyir: “Mən buradayam, varam, məni sev”, - deyə təlimçi izah edib.

Mütəxəssis artıq çəkinin üçüncü səbəbi kimi məcburi sükutu göstərib: bu, insanın duyğularını, hisslərini, sözlərini özündə gizlətdiyi vaxt baş verir.
“Söhbət özümüzün zərərinə susmağa çalışmağımızdan, “yox” cavabını verə bilməməyimizdən, başqalarının gözləntilərini anlamağa və özümüzün deyil, onların ehtiyac duyduqları kimi cavab verməyə çalışmağımızdan gedir. Təbii ki, bu cür susqunluq insanın öz nöqteyi-nəzərini müdafiə etməyə çalışmasından daha asan olur. Amma bu vaxt hər kəsdən gizlətdiyimiz duyğular və həqiqi hisslər içimizdə yığılır, toplanır və əlavə kiloqramlara çevrilir”, - deyə Kozlovskaya bildirib.


Tarix: 12-11-2022, 10:36 Oxunub: 139


Bölməyə aid digər xəbərlər