11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməsi məsələsinə RƏSMİ REAKSİYA - FOTO

Şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməsi ilə bağlı müraciətinə təkrar baxılıb.
Bu  barədə  şəhidin qardaşı Sənan Əhmədov məlumat verib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məsələ ilə bağlı yekun cavab göndərilib:
“İdarə Heyətinin sədr müavini Pərviz Səfərovun imzaladığı sənədə əsasən, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.4-cü yarımbəndində nəzərdə tutulan şəhidin uşaq evində böyüyən bacıları və qardaşları, həmin qaydaların 2.1.6-cı yarımbəndinə əsasən əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək şəhid ailəsi üzvü hesab edilirlər”.
Sənan Əhmədov isə qeyd edib ki, nə ev, nə maşın, nə də pul istəyib:
“Şəhid qardaşıma görə şəhid ailəsi statusu istədim, məni şəhid ailəsi hesab etmədilər”.
oxu.az


Tarix: 1-11-2022, 10:27 Oxunub: 193


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı