Bakı metropoliteni 3 ildən sonra ilk dəfə yay qrafikinə keçib. Tədris mövsümünün başa çatması, eləcə də yay istirahəti dövrünün başlaması metropolitendə sərnişin axınının azalmasına səbəb olub. Bu səbəbdən qatarlarının hərəkət qrafikində dəyişiklik edilib.
Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişib. Yay dövrünün mümkün xüsusiyyətləri nəzərə alınaraq, metroda gur saatlar səhər 7:00-dan axşam saat 21:00-a qədər olan vaxt hesab olunub.
Şənbə və bazar, eləcə də bayram günləri üçün Bakı metropolitenində qatarlar arasında interval saat 07:00-dan saat 21:00-a qədər 3 dəqiqə təşkil edəcək. Bundan savayı, zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulub.
Bənövşəyi xətdə və "Xətai-Cəfər Cabbarlı" mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik tətbiq olunmayıb. Qeyd edək ki, yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.
Bölməyə aid digər xəbərlər