Mehdiyevdən məşhur idmançıya şərt: Ya istefa ərizəsi, ya da…

        Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyev bu qurumda çalışan məşhur karateçi Rəfael Ağayevin qarşısında şərt qoyub.
    Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilən Rəfael Ağayev uzun müddətdir ki, işə getmədən bu vəzifəni icra edirmiş.
    Onun işə gəlməməsinə Səfər Mehdiyev idmançının gündəlik məşqlərinə görə göz yumub.
     Son zamanlar hökumət daxilindən təzyiqlərə tuş gələn Səfər Mehdiyev Rəfael Ağayev başda olmaqla işə çıxmayan hər kəsin qarşısında “Ya iş, ya da istefa ərizəsi” şərtini qoyub.Bu barədə saytımızı bilgiləndirən mənbənin iddiasına görə, hazırda Gömrük Komitəsində adı işdə keçən, amma işə gəlməyən 100-ə yaxın əməkdaş var.
    Onların əksəriyyəti yüksək vəzifəli şəxslərin övladları və yaxınlarıdır.

gununsesi.info

Tarix: 28-06-2022, 21:16 Oxunub: 293


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031