Avtobusda cibgirlik edən şəxs saxlanıldı...

Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbə sakini A.Cabbarovanın 170 manat pulunun, şəxsiyyət vəsiqəsi və bank kartının çantasından oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Manafov müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində marşrut avtobuslarında daha bir qadının və bir kişinin ciblərindən pul, bank kartları və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 16-04-2022, 15:57 Oxunub: 330


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31