11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Abşeronda karxanada pozuntular AŞKARLANDI

Abşeron rayonu, Güzdək qəsəbəsində fərdi sahibkar Abdullayev İlqar Yadulla oğluna məxsus daş karxanasında plan üzrə yoxlama aparılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən yoxlama zamanı karxanada insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkar edilib.
Belə ki, daşkəsən maşının təcili dayanma avadanlığının olmadığı, üst arabacığı hərəkət etdirən mühərrikin sıradan çıxması səbəbindən əməliyyatın ling vasitəsilə aparıldığı müəyyən edilib.

Həmçinin, daşkəsən maşını elektrik enerjisi ilə təmin edən ötürücü naqillərin birləşmə yerlərinin izolyasiyasız olması, naqillərin isə elastik olmaması nöqsan kimi qeyd edilib. Bundan əlavə, müfəttişlərin əraziyə baxışı zamanı daşkəsən maşının hərəkəti üçün nəzərdə tutulmuş rels yolunun sonunda dayaqların olmadığı aşkar edilib. Eləcə də karxananın kənarında yerləşən paylayıcı yarımstansiyanın ətrafında qoruyucu çəpərin olmaması da nöqsan olaraq müfəttişlər tərəfindən qeyd edilib.
Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən karxana rəhbərliyi və işçilərlə profilaktik söhbət aparılıb, aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Aşkar edilmiş pozuntular barədə akt tərtib olunaraq, pozuntuların qısa müddətdə aradan qaldırılması üçün sahibkara təqdim edilib.


Tarix: 17-04-2022, 15:02 Oxunub: 327


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı