Qarabağa qaz Azərbaycandan verilməlidir

"Ermənistandan Qarabağa gələn borudan sadəcə qaz gəlmir. O borudan həm də əhalini müstəmləkəçilik, təcavüzkarlıq, irqçilik, etnik nifrət və xəyanətlə zəhərləyən təhlükəli maddələr axır"  - bu sözləri  açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. Onun sözlərinə görə, Qarabağın sözügedən bölgəsinə də qaz mütləq şəkildə Azərbaycandan verilməlidir:


“Beynəlxalq hüquqa zidd və qanunsuz olan bu qazın legitim Azərbaycan qazı ilə əvəzlənməsi lazımdır. Çünki Azərbaycan qazı legitim, hüquqa uyğun, Qafqazın yerli məhsulu, daha keyfiyyətli və halaldır. Üstəlik hüquqa uyğun şəkildə davranacaqları halda yerli əhaliyə və qonşulara gözəl gələcək vəd edir”.
Alim beynəlxalq təşkilatlar və müxtəlif ölkələr tərəfindən ölkəmizə münasibətdə tətbiq olunan ikili standartlara da toxunub:

“Rəsmi Bakıdan həm prezident, həm də digər səviyyələrdə 10 noyabrdan sonrakı 16 aylıq mərhələdə Qarabağda yaşayan ermənilərin digər vətəndaşlarımız kimi bütün hüquqlarının təmin ediləcəyi bildirilib. Ancaq həm oradakı separatçı rejim, həm Ermənistan Azərbaycanın tələblərinə müsbət cavab verməyib. Rəsmi İrəvan Azərbaycana yanlış mina xəritələrini verməklə prosesi yubatmağa, ləngitməyə çalışır. Donbas və Abxaziya məsələsində, yəni ölkələrin ərazi bütövlüyü kontekstində qəti mövqe göstərən beynəlxalq təşkilatların, Qərb ölkələrinin keçmiş və artıq Azərbaycan Ordusunun həll etdiyi Dağlıq Qarabağ məsələsində Azərbaycana ikili standartlarla yanaşması qəbuledilməzdir”.

Tarix: 26-03-2022, 08:27 Oxunub: 189


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930