Əgər siz daim yeməklərdən hər hansı birini təxirə salırsınızsa, o zaman orqanizm hansısa yolla onu kompensasiya etməyə çalışır.
Serbiyanın “Politics” nəşri yazır ki, ümumiyyətlə, səhər yeməyi, nahar və ya şam yeməyindən imtina sağlamlıq və əhval-ruhiyyəyə mənfi təsir göstərir.
Əvvəla, bu, çox güclü aclıq hissinə səbəb olur.
Bundan əlavə, maddələr mübadiləsi yavaşlayır ki, bu danövbəti qida qəbulu zamanı həddən artıq yeməyə gətirib çıxarır.
Şam yeməyini ötürdükdən sonra nə isə atışdırdıqda qanda şəkərinin səviyyəsi kəskin şəkildə qalxır. Həmçinin, bu zaman həzm sisteminə düşən yük çoxalır və sonradan orqanizmin piylərdən qurtulması çətinləşir.
Amma bu da həqiqətdir ki, istənilən qidanı axşam yemək olmaz. Məsələn, günün sonuna doğru ət yeməkləri, pizza, iri sendviç kimi “ağır” yeməklərdən mütləq imtina etməlisiniz. Müsli, makaron, kartof qızartması da həmçinin. Belə ki, yuxarıda göstərilən məhsulların hamısı artıq çəkiyə səbəb olacaq.
Əgər səhər yeməyi və nahar üçün bol proteinli qidalar qəbul etmisinizsə, o zaman axşam yeməyində analoji məhsulları yeməmək daha yaxşıdır. Belə halda yüngül bir şey, deyə ki, salat və ya tərəvəz qarışığı hazırlamaq məsləhətdir.
Heyvan zülallarında axşam yeməyi üçün ağ ət, balıq, salat və tərəvəz ilə yeyilə bilən zülallar uyğundur. Eləcə də, zeytun yağından istifadə şərtilə paxlalılar, dənli bitkilər, qarabaşaq yarması, darı, mərcimək, düyü kimi məhsullar da axşam yeməkləri üçün keçərlidir.
inosmi.ru
Bölməyə aid digər xəbərlər