ADY-dən qarlı hava şəraiti ilə bağlı sərnişinlərə MÜRACİƏT



Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti kəskin hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib.
ATİA.AZ xəbər verir ki, qatarların hərəkətindən gecikmə ehtimalı var.
“Hörmətli sərnişinlər, Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər.
Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.
Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik”, – deyə məlumatda qeyd olunub.


Tarix: 14-01-2022, 09:02 Oxunub: 563


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031