Tanınmış jurnalist ona verilən evi şəhid ailəsinə bağışladı: "Şərhə ehtiyac yoxdur"

"Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (VQTRK) Azərbaycandakı rəsmi nümayəndəsi tanınmış telereportyor Şakir Eminbəyli 2018-ci ildə"Jurnalistlər Evi"ndə ona verilən mənzili şəhid ailəsinə bağışlayıb.

ATİA.AZ xəbər verir ki, jurnalist bu barədə Facebook hesabında paylaşım edib:

"2018-ci ildə "Jurnalistlər Evi"ndə mənə ayrılan mənzili şəhid ailəsinə verirəm. Şərhə ehtiyac yoxdur. Hər kəsə təşəkkür" deyə paylaşımında qeyd edib.

Qeyd edək ki, bu gün bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Sözügedən məsələ jurnalistlər arasında müzakirə mövzusuna çevrilib və qalmaqal səngimək bilmir.


Tarix: 24-07-2021, 23:44 Oxunub: 307


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031