Qazax rayon Daş Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədov Mehman Qoca oğlu 6 yanvar 2020 ci il tarixdə
"AĞSTAFA RAYON AGROSERVİS MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT"də işə başlamışdır.
16 mart 2020-ci il tarixə qədər işləmişdir.
Cəmi 3 ay işləməsinin səbəbi işlədiyi AĞSTAFA AGROSERVİS MMC-nin bağlanması olub.
Həmin idarədə çalışan işçilər xəbərdarlıq edilmədən işindən uzaqlaşdırılıb.
İşlədiyi idarədə bir gününə 27 AZN əmək haqqı hesablanan Əhmədov Mehman Qoca ogluna ümumilikdə cəmi 359 AZN müavinət verilib. Yerdə qalan digər əmək haqqı isə günü bu günəcən ödənilməyib.
Şikayətçi Əhmədov Mehman sentyabrın 20-də Vətən müharibəsi başlayarkən könüllü olaraq cəbhəyə yola düşüb. Geri qaytarılan ərazilərimiz uğrunda döyüşlərdə iştirak edib üc ayrı-ayrı ordenlə təltif olunub.
44-günlük Vətən Müharibəsi bitəndən sonra, hər kəs kimi evinə gəlib.
Gəldikdən bir necə gün sonra əmək haqqını ala bilmədiyi idarəyə üz tutub. Həmin idarədə vəzifədə çalışan Namiq adlı şəxsə yaxınlaşıb. Pulunu tələb etmək üçün gəldiyini bildirdikdə, Namiq adlı şəxs ona bildirib ki, hal hazırda pul yoxdur. Daha sonra söz verib ki, 2020-ilin sonuna kimi hər kəsin əmək haqqını verəcəyik.
Çarəsiz gözləməli olan Mehman Qoca oglu həmin deyilən vaxtdan beş aydan cox kecməsinə baxmayaraq... günü bu gün də işlədiyi əmək haqqını ala bilməyib.
Həmin idarədə çalışan Namiq adlı şəxslə mütəmadi olaraq əlaqə saxlasa da Namiq bəy, bildirib ki, satılası evlər var... nə vaxt evi satsaq sizin pulunuzu onda verəcəyik.
Şikayətçi, Əhmədov Mehman Qoca oglu son vaxtlar Namiq bəylə əlaqə saxlamağa calışsa da, təssüflər olsun ki, Namiq bəy edilən zənglərə cavab verməyib.
ATİA.AZ saytı olaraq adı çəkilən Namiq bəyə dəfələrlə zəng vurub məsələyə aydınlıq gətirməyə calışsaq da təssüflər olsun ki, etdiyimiz zənglərə cavab verməyib.
Şikayətçi, Əhmədov Mehman Qoca oglu, işlədiyi halal əmək haqqını ala bilmədiyi üçün aidiyyatı qurumlardan kömək istəyir.
ATİA.AZ saytı olaraq biz də inanırıq ki, aidiyyatı qurumlar bu barədə ciddi araşdırmalar aparıb, 44-günkük Vətən Müharibəsində can qoyan Mehman Qoca ogluna öz köməkliklərini əsirgəməyəcək.
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər