Gəncə şəhər sakini Atayeva (Quliyeva) Leyla Sabir qızı ATİA.AZ-ın redaksiyasına müraciət edərək maddi təminatlarının həddindən artıq aşağı olduğunu, 3 körpə balası ilə kirayədə yaşadığını, ixtisası üzrə iş tapa bilmədiyini bildirərək, saytımız vasitəsi ilə ölkə Prezidenti, Cənab İlham Əliyevdən kömək istəyir. Vətəndaşın müraciətini olduğu kimi nəzərinizə çatdırırıq:
"Mən, Gəncə şəhər sakini Atayeva (Quliyeva) Leyla Sabir qızı, 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Gəncə şəhərindəki 32 nömrəli məktəbi bitirmişəm. 2000-ci ildə Gənşə şəhər Müəllimlər Kollecini bitirmişəm. 16 ildi ailəliyəm, 3 oğul övladım var. Sizə yazıb bildirmək istəyirəm ki, çox acınacaqlı vəziyyətdəyəm. Evim yoxdur, kirayədə qalıram. Uşaqların atası 7 ildir Rusiya dövlətinin Moskva şəhərinə işləməyə gedib. Gedəndən nə pul göndərir, nə də uşaqlarıyla maraqlanır. 2 oğlum az yaşlı ( 5 - 7 yaş) olduğundan onları tək qoyub gedib işləyə bilmirəm. Aidiyati qurumlardan kömək istəyirəm. Xahiş edirəm mənə kömək əlinizi uzadasınız. 3 uşaqla damın altında tək, köməksiz qalmışam. Kirayənin pulunu vaxtında verə bilmirəm. Mənə az təminatlı ailə kimi köməklik etsinlər. Başda Cənab Ali baş Komandan İlham Əliyev olmaqla Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlundan və digər aidiyyati qurumlardan səsimə ses vermələrini çox xahiş edirəm. Bir Azərbaycanlı xanımı və gələcəyin 3 əsgərinin anası kimi Sizlərə müraciət edirəm. Artıq yeganə çıxış yolunu intihar etməkdə görürəm.
Hörmətlə: Çarəsiz ana Atayeva Leyla."
ATİA.AZ saytı olaraq inanırıq ki, bütün Azərbaycan xalqına dəstək olan Möhtərəm Prezidentimiz bu işdə də vətəndaşa yardımçı olacaq.
Bölməyə aid digər xəbərlər