OPERATİV QƏRARGAH NECƏ DÜŞÜNÜB QƏRAR VERİR ? -XALQI DA NƏZƏRƏ ALMAQ LAZIMDIR...

Operativ Qərərgahın (OQ) verdiyi  qərara əsasən 20 mart saat 00. 00 dan  29  mart 00.00 dək  ictimai nəqliyatın fəaliyyəti dayandırılır.  
Bu  necə qərardı?  Normal  ağıl   bunu qəbul edə bilməz ... 
On gün ərzində  nə etməlidir əhali? 
Əhalinin   yetmiş faizi ictimai  nəqliyyatdan istifadə edir...  
Şəhər  və rayonlarda, mərkəzdən uzaq  məsafədə  yerləşən kənd və qəsəbə sakinləri  necə gedib gələcək deyə düşünən olmadımı???
Bəs gündəlik ehtiyacları qarşılamaq üçün sosial vəziyyəti aşağı olan əhali  nə etməlidi, oturub on gün gözləməlidir ki, ictiami nəqliyyat açılsın?
Niyə verilən qərarlarda  reallıqlar nəzərə alınmır ? 
Sizin bahalımaşınlarınız var,  amma   kasıb xalq   zülümlə dolanır...  
Bahalı  nəqliyyat vasitəsi olan taksidən istifadə etmək  üçün  maddi  imkanları olmayan xalqı heçmi nəzərə almırsız? 
Qərar verəndə hərtərəfli düşünmək lazımdır. Azərbaycanda yalnız imkanlı məmurlar yaşamır, kasıb təbəqənin də heç olmasa elə kasıb yaşamağa da haqqı yoxdurmu?

 Orxan Səfərli

Tarix: 21-03-2021, 18:40 Oxunub: 320


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?