Bu yollarla hərəkət etmək, dərsə getmək bir qəhrəmanlıqdır: Ucar yollarından VİDEOREPORTAJ

Ucar rayon sakinləri yolsuzluqdan əziyyət çəkir.
Rayon mərkəzindən cəmi 30 kilometr uzaqlıqda yerləşən Yuxarı Şilyan kəndinin sakinləri uzun zamandır yol problemi ilə üz-üzə qalıb.
Kənddaxili yolların bərbad gündə olması sakinlərin gediş-gəlişini çətinləşdirib. 
Yerli sakinlər deyir ki, qışda vəziyyət daha da çətinləşir. Onların sözlərinə görə 30 ildən çoxdur istifadə olunan kənd yolları öz ömrünü başa vurub. Yolların bərbad olması məktəbə gedən şagirdlərin də işini çətinləşdir. 
Məsələ ilə bağlı Yuxarı Şilyan kənd bələdiyyə sədri Vilayət Məmmədov  bildirib ki, həmin yoldakı vəziyyətdən xəbərdardırlar. Bələdiyyə sədrinin sözlərinə görə, iki dəfə yollar bələdiyyə hesabına təmir olunub. Hazırda Yuxarı Şilyan kəndinin yollarının təmiri dövlət proqramına salınıb. Yeni yolun çəkilişi yaxın vaxtlarda nəzərdə tutulub.


Tarix: 18-03-2021, 11:37 Oxunub: 319


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930