11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Azərbaycanda yoxa çıxan milyonlar Türkiyədə tapıldı - Sərxan Babayev yeni şirkət açdı

Son illər Türkiyədə Azərbaycanlı iş adamları tərəfindən yaradılan şirkətlərin sayı çoxalmaqdadır. 
Türkiyə mətbuatı xəbər verir ki, yanvar ayında azərbaycanlı iş adamı Sərxan Babayev İstanbulun Şişli rayonunda nizamnamə kapitalı 24 milyon 300 min TL olan (5 milyon səkkiz yüz doxsan min manat) "Siyahdeniz Turizm İnşaat Sanayi Ve Ticaret Anonim" adlı şirkət yaradıb.
 Sərxan Babayev Türkiyədə həm də "Alva Donna” Şirkətlər Qrupunun və Antalya şəhərindəki məşhur “Shemall” ticarət mərkəzinin rəhbəri kimi tanınır. 
Qeyd edək ki, Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev 2019-cu ilə qədər ölkənin ən böyük metallurgiya kompleksi olan "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsində işləyib. 
Sərxan Babayev “DET-AL Alüminium” MMC-nin baş direktoru işlədiyi vaxt 2016-cı ildə Türkiyəyədə rus iş adamı kimi peyda olaraq Seyran Həsənov adlı şəxslə "Alva Donna” Şirkətlər Qrupunun səhmdarı olub. 2019-cu ildə isə "Alva Donna” Şirkətlər Qrupunun səhmləri Dubayda qeydiyyatda olan “Vertex İnverstments Limited” şirkətinə satılıb. Bundan sonra “Alva Donna” Şirkətlər Qrupu İdarə Heyətinin sədri vəzifəsinə Sərxan Babayev təyin edilib. 
SƏRXAN BABAYEVİN MİLYONLARI HARDANDIR?
Son vaxtlar "DET-AL Alüminium” MMC-yə aid olan Gəncə Aliminiüm zavodunun müflis olma həddinə çatması ilə bağlı informasiyalar intensivləşib. 
Azərbaycan dövlətinin yüz milyonlar xərclədiyi aliminiüm biznesindən böyük məbləğdə pulların yoxa çıxması ilə Sərxan Babayevin Türkiyədə otellərə sahib olması, habelə "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsini tərk edərək, Türkiyədə "Alva Donna” Şirkətlər Qrupunun rəhbərliyinə keçməsi üst-üstə düşür.
Xatırladaq ki, "Det-Al” Aluminium Kompleksinin açılışı 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub və obyekt istifadəyə verilib. Rəsmi məlumata görə, müəssisədə 1400 nəfər işlə təmin edilib. Kompleksdə istehsal gücü 50 min ton olan iki zavod – "Metaltökmə, fasiləsiz metal yayma” və "Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərirdi.
Sözügedən komplekslə bağlı daha bir mühüm detal bundan ibarətdir ki, "Det-Al Alüminium” zavodu Azərbaycan Beynəlxalq Bankının (ABB) kreditləri hesabına inşa edilib. Yəni, zavodun götürdüyü kreditlərə dövlət (Maliyyə Nazirliyi) zamin durub və kompleksin borcları dövlət hesabına ödənilib. ABB müflis elan edildikdən sonra həmin bankın maliyyələşdirdiyi müəssisələr heç bir əsas olmadan müxtəlif yollarla ABB-nin nəzarətindən çıxarılıb.
Habelə, 2016-ci ildə ölkə mətbuatında "DET-AL Alüminium” Kompleksinin öz fəaliyyətini dayandırmasına dair xəbərlər yayılıb.
Maraqlıdır ki, məhz elə həmin il - 2016-ci ildə "Alva Donna” Şirkətlər Qrupununun səhmlərinin bir hissəsini Sərxan Babayevlə Seyran Həsənov alıblar. Bu iki şəxs Azərbaycanda kifayət qədər yüksək post tutan və ciddi təsir imkanlarına malik olan fiqurlardan birinin yaxın adamları hesab edilir.
valyuta.az


Tarix: 16-03-2021, 16:43 Oxunub: 690


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?