Azərbaycanda dövlət şirkətlərinin fəaliyyətinin araşdırılmasına başlanılıb. İddialara görə, ölkə başçısı İlham Əliyevin keçirdiyi mətbuat konfrasında dövlət şirkətlərini sərt tənqid etməsi də bununla əlaqədardır. İlham Əliyev dövlət şirkətlərində idarəetmə sisteminin müasir tələblərə cavab vermədiyini bildirməklə yanaşı deyib:
“Bu idarəetmə sistemi büdcədən pulların “sağılması” məqsədilə istifadə olunur. Həmişə büdcədən dotasiyalara ehtiyac olur. Belə davam edə bilməz. Digər tərəfdən hazırkı vəziyyəti, həmçinin, Qarabağın da bərpasını nəzərə alsaq, strateji infrastruktur dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaqdır. Lazım olan nəzarəti təmin etməkdir”.
Prezidentin daha çox dövlət şirkətlərinə ayrılan büdcə vəsaitlərinə diqqət çəkməsi araşdırmaların anti-korrupsiya mübarizəsi çərçivəsində apardıldığını deməyə əsas verir. 2019-cu ildən Azərbaycanda korrupsiyaya qarşı daha ciddi mübarizə başlayıb. Əgər əvvəllər korrurpisyaya görə həbs edilənlər əsasən xırda məmurlar idisə, indi cəmiyyət icra başçıları, nazir müavini səviyyəsində həbslərin şahidi olur.
Görünür, indi dövlət şirkətlərinin rəhbərləri ilə hesablaşmaq zamanı çatıb. Azərbaycanda iri dövlət şirkətləri sırasında “Azərbaycan Dəmir Yolları” QSC və “Azərbaycan Hava Yolları”(AZAL) QSC xüsusi istisna təşkil etməkdədir. Adıçəkilən dövlət şirkətlərinin başında duranların oliqarx məmurlar kateqoriyasına aid olduğunu söyləməyə ehtiyac yoxdur. Onların oliqarxa çevrilməsi bu qurumlarda korrupsiyanın olması faktını təsdiq edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sərvəti barədə mediada çoxsaylı materiallar tirajlanıb. Cahangir Əsgərov isə Şuşada aeropot inşa etmək niyyətində düşdüyünə görə Prezidentin qəzəbinə tuş gəlmişdi.
Mülahizələrə görə, araşdırmalara müvafiq olaraq adıçəkilən məmurlar barədə qərar veriləcək. Prosesin həbslərlə müşayiət olunacağı istisna deyil. Bu baxımdan, dövlət şirkətlərinin rəhbrələrinin hazırda təşviş içində olduğu söylənilir. Prosesləri izləyək..
(dia.az)
Bölməyə aid digər xəbərlər