“Deyir ki, get hara istəyirsən şikayət et” - Vətəndaş baş həkimin əlindən fəryad edir...

Cəlilabad sakini burnu sınan uşağını ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırsa da, həkim tapa bilməyib. 
Belə ki, rayon sakini Ramin Gözəlov deyir ki, azyaşlı oğlu axşam saatlarında velosipeddən yıxılıb və burnu sınıb. Qanaxmanı saxlamaq mümkün olmadığı üçün gecə saatlarında uşağı Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırıblar. Orda həkim tapa bilmədikləri üçün qonşu rayona, Biləsuvara üz tutublar.
Biləsuvar Mərkəzi Xəstəxanasına çatıdırılan uşağa burda da yardım edən olmayıb.
Həkimlər deyib ki, bizdə indi burun-qulaq həkimi işdə deyil. Vətəndaş bundan sonra xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva ilə əlaqə saxlayıb və kömək istəyib. Baş həkimin isə cavabı ilginc olub. O, deyib ki, “həkim yoxdur, hara istəyirsən get şikayət et. Qaldı ki, cəlilabadlısan, get öz rayon xəstəxananda uşağını müayinə etdir, bura niyə gəlmisən?”.
Baş həkimin bu cür kobud cavabından təəssüflənən R.Gözəlov Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vursa da, cavab verən olmayıb.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 


Tarix: 5-03-2021, 21:05 Oxunub: 467


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930