İcra başçısı işğaldan azad olunan kəndə sərxoş vəziyyətdə gedib? – VİDEO

Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb.
Video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V. Həsənov ata yurduna gedir, evlərini, həyətlərini göstərir.
Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir və bu onun hərəkətlərindən, danışığından da hiss olunur. Buna görə də V. Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
pravda.az


Tarix: 1-03-2021, 08:31 Oxunub: 785


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031