Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov seçicilərlə növbəti qəbul keçirib.
Qəbulda əsasən, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Kəlbəcər rayonunda həyata keçiriləcək infrastruktur layihələrindən, əhalinin mümkün qədər qısa zamanda həmin ərazilərə qayıdışının təmin edilməsindən danışılıb.
Seçiciləri narahat edən məsələlər fərdi qaydada dinlənilib, hər bir müraciətlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərə çatdırılıb.
Bu barədə Xəqani Nadirov da öz səhifəsində paylaşıb.
Çox təqdirə layiq işdir. Lakin bir məsələ hamıya qaranlıq qalır. Paylaşılan statusda fotoya diqqət etsək, karantin qaydalarının pozulduğunu, sosial məsafənin qorunmadığını, tibbi maskalardan istifadə edilmədiyi görərik. Məgər karantin qaydaları ancaq sıravi vətəndaşlar üçünmü nəzərdə tutulub? Nə bilək, bəlkə də belə olmalıdır...
Bölməyə aid digər xəbərlər