DİN dilənçilik edən "qazi" ilə bağlı məlumat yaydı

Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub.
Vətən müharibəsində iştirak etdiyini deyən hərbi formalı şəxs qollarını bintlə bağlayaraq döyüşlərdə yaralandığını deyərək dələduzluqla məşğul olub.
Polis Bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.

Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib.

Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan Elbrus Hüseynov barəsində 26-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.


Tarix: 8-02-2021, 16:25 Oxunub: 384


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031