Kamil medal məsələsindən danışdı: “Paxıl insanlar var“

Tanınmış idmançı Kamil Zeynallı Azərbaycan Qarabağ Müharibəsi əlilləri veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən  “Vətən naminə”,  “Milli ordu -100” medalları ilə təltif olunub. Məşqçi medalların fotosunu İnstaqramda paylaşaraq bir neçə dövlət qurumuna təşəkkür edib.
ATİA.AZ xəbər verir ki, idmançının postu cəmiyyətdə çaşqınlıq yaradıb. Hər kəs bu medalların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti tərəfindən verildiyini zənn edib. Dövlət xidməti açıqlama yayaraq K. Zeynallını heç bir medal və mükafatla təltif etmədiklərini bildirib.
“Sherg.az”la həmsöhbət olan K.Zeynallı müharibə zamanı yardımları təmənnasız, nəyinsə xətrinə etmədiyini söyləyib:
“Yenə də layiq görüblər, sağ olsunlar. Müharibə səfərbərliklə  başlamışdı. Ona görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəisi Arzu Rəhimova təşəkkürümü bildirmişəm. Sadəcə mənimlə əlaqə saxlayıb, dedilər, bizə çoxlu zənglər gəlir ki, Kamil Zeynallını niyə medalla təltif edibsiniz, bizi yox. Yəni belə paxıl insanlar da var”.


Tarix: 5-02-2021, 16:21 Oxunub: 390


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930