“Rusiya "sülhməramlılarının" davranışı mənə sovet dövrünün "Görüş yerini dəyişmək olmaz" filmindəki bir quldur dəstəsinin hərəkətlərini xatırladır. Qarətçilər haraya basqın etsələr orada qara pişik buraxır, və ya qara pişik şəkli çəkirlər. İmzalarını qoyurlar. Yəni “Biz etdik” deyib onları izləyən cinayət axtarışçılarını alçaldırlar, ələ salırlar. İndi Yuxarı Qarabağda hər yerdə "Arsax" bayrağının dalğalanması, Rüstəm Muradovla Araikin qucaqlaşma şəkilləri və videolarının çəkilib yayılması həmin kinodakı cinayətkar dəstənin davranışlarını xatırladır. Sanki, bizi ələ salırlar”.
Bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
A.Hacılı bildirib ki, Rus dilində bu fikrin daha aydın ifadəsi var: “Издеваются над нами”: “Bizi ələ salan, "sərxoş vəziyyətdə qarnını qabağa verib Cıdır Düzündə yallı gedən" bir məxluq var idi. Cavabını aldı. İndi oxşar hərəkəti Xankəndində edən iki məxluq var. Hakimiyyətin qorxunc susqunluğu narahatlıq yaradır ki, cavabları verilməyəcək...”
Bölməyə aid digər xəbərlər